Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib

27/03/2019

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib.

Böyük çağırışlar dövründə universitetlərin qlobal elm-təhsil, texnoloji və humanitar vəhdətində roluna həsr olunan forumu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi  açıb. Ali təhsilin inkişafında qlobal tendensiyaları təhlil edən V.A.Sadovniçi dünya təhsil prosesində Rusiya ali təhsilinin yeri və rolu haqqında danışıb. Bəşəriyyətin qarşısında duran çətinliklər barədə məlumat verən MDU-nun rektoru internet istifadəçilərin sayının artması ilə bağlı olaraq rəqəmsal məkanda yaranan problemlərin qloballaşan dünyanın ən böyük çağırışlarından biri olduğunu qeyd edib, ekoloji problemlər və kosmosun lazımınca araşdırılmaması kimi məqamlara diqqət yönəldib.

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın elm, təhsil, cəmiyyət və bəşəriyyətin gələcəyi ilə bağlı məzmunlu və dolğun çıxışı Forum iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Forum çərçivəsində Rusiya Rektorlar Şurasının və Avrasiya Universitetlər Assosiasiyası Şurasının növbəti iclası keçirilib və akademik V.A.Sadovniçi yenidən hər iki qurumun prezidenti seçilib. Eyni zamanda iclasda Avrasiya Universitetlər Assosiasiyası Şurasının Büro üzvlərinin seçkisi də baş tutub və BDU-nun rektoru Elçin Babayev qurumun Büro üzvü seçilib.

Rektor E.Babayev forumda 80 illik yubileyi ərəfəsində olan Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçini təbrik edib, ona Azərbaycanı təcəssüm etdirən hədiyyə və təbrik ünvanı təqdim edib.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan aparıcı universitetlərlə ikitərəfli əlaqələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Mətbuat və informasiya şöbəsi, 27 mart 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək  
21/08/2019

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20/08/2019

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir
19/08/2019