“Şəms” uşaq bağçasının kollektivi BDU-da

01/06/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəms” uşaq bağçasının kollektivi üçün infotur təşkil olunub.

İnfotur çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsi təşkil olunub. Ustad dərsi zamanı uşaqlar sevdikləri cizgi film qəhrəmanlarının rəsmlərini çəkərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin uşaqlar üçün musiqili proqramı nümayiş olunub. Proqramda “Cip-cip cücələrim”, “Kuklam”, “Tıq-tıq xanım” və “Biz mehriban ailəyik” adlı musiqi nömrələri təqdim edilib. Uşaqlar müxtəlif şeirlər səsləndiriblər.

Daha sonra bağçanın kollektivi ilə birlikdə BDU-nun muzeylərinə ekskursiya təşkil olunub. Uşaqlar Universitetin Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeylərini ziyarət edərək burada nümayiş olunan eksponatlarla yaxından tanış olublar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026