Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

03/04/2024

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, “Bayraqdar media”nın (bayraqdar.info) baş redaktoru Azər Həsrət Bakı Dövlət Universitetinin (BDU)  Jurnalistika fakültəsinin ingilis bölməsinin tələbələri ilə görüşüb.

Fakültənin dekanı Vüqar Əliyev qonaqla bağlı tələbələri məlumatlandırıb.

Çıxış edən Azər Həsrət beynəlxalq təşkilatların media azadlığı, media etikası, onlayn etika və jurnalist məsuliyyəti ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. O, əcnəbidilli jurnalistlərə böyük ehtiyac olduğunu vurğulayaraq, xarici ölkələrin aparıcı media orqanlarının iş təcrübəsi barədə danışıb.

Azər Həsrət mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına daha münbit şəraitin yaradılmasından da bəhs edib.

Diskussiya şəklində keçən görüş tələbə-jurnalistlərin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024