Müştərək elmi araşdırma məsələləri müzakirə olunub

07/12/2010

San Diego şəhərinin Switzer Heights rayonu və Bakı Nəsimi rayonu arasında “qardaşlaşmış rayonlar” münasibətlərinin qurulması istiqamətində təşəbbüskar qrupun üzvləri Martin Kruminq və Meqan Kruminq Bakı Dövlət Universitetində olublar.

 

Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev öncə BDU haqqında bukleti, xatirə medallarını və  Qarabağ haqda yazılmıs kitabı qonaqlara təqdim edib və universitet barədə məlumat verib. Rektor, akademik Abel Məhərrəmovun əməkdaşlığa çox böyük önəm verdiyini bildirən  prorektor,  bu görüşün gələcək əməkdaşlıq baxımından uğurlu olacağını da diqqətə çatdırıb.

 

Görüşdə hər iki tərəfləri maraqlandıran məsələlər haqda ətraflı fikir mübadiləsi aparılıb. Əsasən, San Diego Dövlət Universiteti (SDSU) ilə gələcək müştərək layihələrin təşkili imkanlarının müzakirəsi, San Diedgo şəhərindəki Tomas Cefferson adına Hüquq Institutu (Thomas Jefferson School of Law in San Diego) ilə əməkdaşlıq imkanlarının müzakirə edilməsi  və müştərək elmi araşdırma işlərinin aparılmasına nail olmaq  mövzuları görüşdə xüsusi yer tutub.

 

Qonaqlar, BDU ilə tanışlığın onlarda yüksək təəssürat doğurduğunu bildiriblər.

Görüşdə Xarici tələbəlrlə iş üzrə dekan Gülheyran Rəhimova və dekan müavini Kamran Eyyubov da iştirak edib.

 

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026