Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib

04/10/2023

Oktyabrın 4-də Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ümumdünya Kosmos Həftəsi çərçivəsində Avstraliyanın Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava hüququ, kosmos hüququ və kiber hüquq İnstitutunun direktoru, professor Stefan Hobe ilə görüş keçirilib.

Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasında kosmik sənayenin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, kosmik sənayenin digər sahələrində mütəxəssislərə ehtiyac olduğu kimi, kosmik sahədə yeni nəsil hüquqşünasların və diplomatların formalaşmasına zərurət var.

Daha sonra Azərkosmos-un nümayəndəsi Nigar Muxtarova tədbir iştirakçılarına qurumun fəaliyyəti, ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi, Ümumdünya Kosmos Həftəsi haqqında məlumat verib.

Tədbirdə spiker qismində iştirak edən Avstraliyanın Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava hüququ, kosmos hüququ və kiber hüquq İnstitutunun direktoru, professor Stefan Hobe beynəlxalq kosmik hüququn müxtəlif sahələri, xüsusilə də kosmik tullantıların azaldılması, kosmosda ətraf mühitin qorunması sahəsində tətbiq edilən beynəlxalq hüquq normaları barəsində mühazirələr söyləyiblər.

Xatırladaq ki, artıq ikinci ildir oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçirilir. Keçən ildən etibarən Azərbaycanda Ümumdünya Kosmos Həftəsinin koordinasiyası Azərkosmos tərəfindən həyata keçirilir. Builki Kosmos Həftəsi Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edir.

Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025