Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycandakı nümayəndəliyi BDU-da maarifləndirici görüş keçirib

14/04/2025

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə maarifləndirici görüş keçirib. Görüşün məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, nadir, nəsli kəsilməkdə olan növlərin qorunmasına dair biliklərin artırılması olub.

Tədbirdə WWF-in Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Könül Əhmədova ölkəmizdə nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi sahəsində həyata keçirilən mühüm layihələr haqqında təqdimat edib. O, ceyranların təbiətə qaytarılması (reintroduksiya), eləcə də bəbirlərin və Qafqaz kəllərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026