Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar BDU-da Tədbirlər Planı hazırlanır

31/03/2022

Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Tədbirlər Planının hazırlanması üçün komissiya və işçi qrup yaradılıb. Bu barədə BDU-nun Elmi Şurasında qərar qəbul olunub.
Komissiya BDU-da elm və təhsilin inkişafına hər zaman xüsusi qayğı və diqqət göstərən, BDU-nun dünya şöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar genişmiqyaslı tədbirlərin təşkili, beynəlxalq elmi konfrans və simpoziumların keçirilməsi, Ümummilli liderin dövlət xadimi kimi geniş fəaliyyətini əks etdirən akademik nəşrlərin, sənədli filmin hazırlanması, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında təkliflər hazırlayacaq. Tədbirlər Planında Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi, tələbə gənclər arasında təbliği istiqamətində ölkənin nüfuzlu elm və dövlət xadimlərinin iştirakı ilə silsilə elmi seminarların, mühazirə, açıq dərs, dəyirmi masaların, müsabiqələrin keçirilməsi və digər tədbirlər də nəzərdə tutulacaq.

 

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026