Abel Məhərrəmov səsvermədə qalib oldu

11/07/2014

Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan 119 minlik “Azerbaycan Universitetləri”ndə ilin ən yaxşı rektoru sorğusu başa çatıb. Sorğunun ilkin mərhələsində 48 rektordan 10 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutub. Sonradan sorğunun ikinci mərhləsinə start verilib. 10-luqdakı rektorlar arasında yarış başlayıb və nəhayət 2013/2014 mövsümünün facebook sosial şəbəkəsində "tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib. 
2500-dən çox tələbənin verdiyi səslərə əsasən:

1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs
2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs
3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs
4. Səməd Seyidov (ADU rektoru) - 325 səs
5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs
6. Arif Paşayev (MAA rektoru) - 104 səs
7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs
8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs
9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs 
10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səs
Səsvermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.

Bu gün “Azərbaycan Universitetleri”  səhifəsinin rəhbəri Zöhrab Suleyman  Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova "Ən fəal və ən yaxşı rektor"  mükafatını təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 11 iyul 2014-cü il.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024