Nailə Mirməmmədli “Evdə qal”mağa səslədi - VİDEO
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə insanları evdə qalmağa səsləyən “Evdə qal” adlı mahnı bəstələyib. Məqsəd insanları ruhdan düşmədən, pozitivə köklənərək evdə qalmağa təşviq etməkdir.
Evdə qalmaq sizə təkcə özünüzün və cəmiyyətin sağlamlığını qorumaq üçün deyil, həm də yazmaq, yaratmaq, yeni ideyalar, maraqlı layihələr üzərində işləmək üçün əlavə vaxt və fürsət verə bilər. Evdə qalmaq tövsiyə olunursa, buna əməl etmək hər kəsin vətəndaşlıq borcudur!
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Siz də bu sözlərə mahnını oxuyub paylaşım edin.
Evdə qal
Musiqisi: Nailə Mirməmmədli
Sözləri: Sübhanə Nəciqızınındır
Bizə söz ver – evdə qal,
Bizə söz ver – evdə qal.
Sağlam olmaq üçün,
Gələcəyin üçün,
Sevənlərin üçün,
Yeni həyat üçün
Bizə söz ver – evdə qal.
Qal, Tanrıya dua et –
Qorusun bizləri,
Məsum körpələri,
Valideynləri.
Qal, sağlam olmaq üçün,
Arzuya çatmaq üçün,
Sevginə çatmaq üçün,
Gözəl həyat üçün.
Bizə söz ver – evdə qal,
Bizə söz ver – evdə qal
Sağlam qalmaq üçün.
Allahım, eşit bizim dualarımızı,
Allahım, sənsiz qoyma gümanlarımızı.
Qarşımızda aç xeyirli yollar,
Yolumuza şəfalı nurlar.
Bizə söz ver – evdə qal,
Bizə söz ver – evdə qal.
Sağlam qalmaq üçün
Evdə qal...