Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının seminarı keçirilib

01/11/2022

Bakı Dövlət Universitetinin  (BDU) Tədqiqat, İnkişaf və İnnovasıyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı keçirilib. Seminarda laboratoriyanın elmi işçisi Almara Rəhimli “TSD metodu vasitəsilə PVX/TiO2 əsaslı nanokompozitlərin yük halının təyini“ mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Termostimullaşdırılmış depolyarizasiya metodu və həmin metoddan istifadə etməklə PVX/TiO2 əsaslı nanokompozitlərin yük halının tədqiqinin nəticələri haqqında məlumat verib. O, həmçinin elektrotermopolyarlaşmanın (ETP) PVX/TiO2 əsaslı nanokompozitlərin aktiv xassələrinə təsirindən danışıb və qeyd edib ki, ETP prosesinin təsiri altında PVX/TiO2 əsaslı nanokompozitlərin fazalararası sərhədində sərhədyanı yüklər toplanır. Bu yüklər yüksək intensivlikli daxili lokal sahə yaradır, onun təsiri altında TiO2 nanohissəciklərinin əlavə lüminessensiya mərkəzləri aktivləşir, nəticədə lüminessensiya intensivliyi artır.

Məruzə üzrə məlumatlar slaydlar vasitəsi ilə təqdim edilib.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026