Nanoaraşdırmalar Mərkəzi alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

29/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin bir qrup əməkdaşlarının məqaləsi  Clarivate Analytics - Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

Lalə Qəhrəmanlı, Mustafa Muradov, Ofeliya Balayeva, Qönçə Eyvazova və Reyhan Mirsultanovanın  “Role of temperature in the growth and formation of CdxZn1-xS/PVA nanocomposites through SILAR method” (“CdxZn1-xS/PVS nanokompozitlərinin SILAR üsulu ilə yetişdirilməsi və formalaşması zamanı temperaturun rolu”) adlı məqaləsi impakt faktorlu “Materials Research Bulletin” (İF: 4.019) jurnalında çap olunub.

Məqalədə SILAR üsulu ilə alınmış CdxZn1-xS/PVS nanokompozitlərinin yetişmə və formalaşma prosesində temperaturun rolu araşdırılıb, CdZnS əsasında nano materialların formalaşma prosesinə və xassələrinə temperaturun təsiri öyrənilib. Termik emalın nanokompozitlərin stuktur və fiziki xassələrə təsiri müəyyən edilib. Nəticədə sintez temperaturunun formalaşma prosesinə və hissəciklərin stexiometrik tərkibinə təsir etdiyi müəyyənləşdirilib.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiz:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0025540820316433


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026

BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası

BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası
24/04/2026