Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib

16/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində "Ab-initio hesablamalardan β-Ag2S kristalının dinamik xassələri və Raman səpilməsi" mövzusunda onlayn elmi seminar keçirilib.

Mərkəzin aparıcı elmi işçisi, professor Cahangirli Zakir mövzu ilə bağlı təqdimatla çıxış edib. Məruzədə Ag2S kristalının dinamik xassələrinin Raman spektroskopiyası vasitəsilə eksperimental, Sıxlıq Funksionalı vasitəsilə nəzəri hesablamalarından bəhs edilib. Natiq Raman spektroskopiyasının nəzəri əsasları haqqında geniş məlumat verərək Raman effektinin klassik və kvant fizikası nöqteyi nəzərindən izahını təqdim edib. Təqdimatda 7 Raman aktiv mod müşahidə edilib, qrup nəzəriyyəsi vasitəsilə kristalın nöqtəvi simmetriyasından istifadə edərək alınmış fonon tezliklər identifikasiya olunub. Fonon zona quruluşu nəzəri olaraq hesablanıb və eksperimental nəticələrlə müqayisə edilib. Məruzədə həmçinin qeyd olunub ki, β-Ag2S kristalının fonon və Raman spektri temperaturdan asılı olaraq β-Ag2S ®️ a-Ag2S faza keçidi zamanı baş verən struktur dəyişikliyini izləməyə imkan verir.

Sonda dinləyiciləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026