Neftçalada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Biomüxtəliflik Gününə həsr edilmiş tədbir

22/05/2023

“Azerbaijan Fish Farm” və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Neftçala rayonunun Yenikənd Nərə Damazlıq Təsərrüfatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Lu-Mun Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranski, BDU əməkdaşları, aidiyyəti qurumların rəsmiləri iştirak ediblər.

Rüfət Tabasaranski və Mirhəsən Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hər zaman ekoloji durumun yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini bildiriblər. Bununla bağlı bir sıra sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğunu bir daha təsdiqləyir. Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması daim diqqət mərkəzində saxlanılır.

Tədbirin sonunda Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə tanışlıq olub. Bildirilib ki, 1956-cı ildə rayonun Yenikənd kəndi ərazisində Kür-Təcrübi Nərə Balıqartırma zavodu inşa edilib. 4 il bundan öncə zavodun bazası əsasında “Azerbaijan Fish” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı yaradılıb. Məqsəd rayonda balıqçılıq sənayesini yenidən bərpa etmək, balıq və kürü istehsalını artırıb dünya bazarlarına çıxarmaqdır. Ən müasir avadanlıqlarla və texnologiya ilə təchiz olunmuş müəssisədə ildə 200 tona yaxın nərə balığının əti və 10 tona yaxın kürü istehsal edilməsi nəzərdə tutulub.

Daha sonra rayonun Şirvanlı kəndi ərazisində hər birinin diri çəkisi 600-800 qram olan 50 min ədəd nərəcinsli balıq Xəzər dənizinə buraxılıb.

Qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU), İzmir Yüksək Texnologiya İnstitutu və “Lu-Mun Holding” tərəfindən Xəzər dənizinin nərə balıqlarının (Acipenseridae) morfolojik fərqliliyinin genom səviyyəsində araşdırılması məqsədi ilə ortaq elmi-tədqiqat layihəsinə başlanılıb. Layihənin əsas məqsədi molekulyar genetik analizlər vasitəsilə yerli nərə balıqlarında mövcud olan morfolojik dəyişiklikləri molekulyar səviyyədə öyrənmək və yerli nərə balıqlarının yeni bir növə aid olub-olmadığını müəyyənləşdirməkdir. Eyni zamanda bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər qızıl balığının ( Salmo caspius) genom səviyyəsində analizlərinin həyata keçirilməsinə başlanılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024