İngiltərənin Arden Universitetinin müəlliminin BDU-nun SABAH qruplarında ustad dərsi

31/05/2024

İngiltərənin Arden Universitetinin müəllimi, klinik psixoloq Nilufər Akif Dəmirzadə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələrinə “Təşviş və həyəcan pozuntusu: biopsixososial analiz” mövzusunda ustad dərsi keçib.
SABAH İcra Komitəsinin rəhbəri Elza Səmədova tədbir iştirakçılarını salamlayaraq, yaz imtahan sessiyasının başlaması ərəfəsində mövzunun aktuallığını diqqətə çatdırıb.
Nilufər Akif Dəmirzadə gündəlik həyatımızın bir hissəsi olan təşviş və həyəcanın insanın normal vəziyyətindən qeyri-normal halına keçərək pozuntu əlaməti kimi formalaşması, şəxsiyyətin mənfi göstəricisi rolunda çıxış etməsinin səbəbləri haqqında məlumat verib. Təşviş və həyəcanın yaranmasında bioloji, sosioloji və psixi amillərin təsir gücünü və rolunu açıqlayan mütəxəssis klinik psixologiyada problemli vəziyyətlərin təhlilində terapevt, klinik psixoloq və sosial işçinin birgə işinin vacibliyindən danışıb. Nilufər Akif stresli vəziyyətlərdə insanların davranış modelləri, kopinq strategiyanın əsasında duran adaptasiya və plastikliyin əhəmiyyətini vurğulayıb.
Məruzəçi problemləri təhlil etməyə kömək olan 3D terapiya üsulundan- düşüncə, duyğu və davranış metodundan danışıb, onun işləmə qaydasını izah edib. Mütəxəssis həyəcan və təşvişin davranışda yaratdığı mənfi halların qarşısının alınmasında valideynlərin xüsusi rola malik olduğunu diqqətə çatdırıb.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026