Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri BDU-nun Tarix fakültəsində

11/04/2025

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində olub.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının müdiri Matlyuba Tullavoldieva, kafedranın professoru Karima Tulenova, dosenti Gülçöhrə  Eşanova, dosent əvəzi Marvarid Mamadcanova, Dünya tarixi kafedrasının müəllimi Raino Mullacanova fakültənin rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov rəhbərlik etdiyi fakültə haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, fakültə fəaliyyət göstərdiyi illərdə çətin və şərəfli inkişaf yolu keçib. BDU-nun və fakültənin dünya şöhrətli məzunu isə Ümummilli Lider Heydər Əliyevdir. Sonra İbrahim Zeynalov kafedraların apardığı elmi-tədqiqat işləri barəsində məlumat verib.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti rus və ingilis bölmələrində tədris edilən "Azərbaycanın orta əsrlər dövrü  tarixi" və "Qədim dünya tarixi" dərslərində iştirak edib, Arxeologiya və etnoqrafiya muzeyində mövcud olan eksponatlarla tanış olub.

 

 

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026