İnsan hüquqlarına dair monoqrafiya işıq üzü görüb

13/07/2016

BDU-nun Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərovun "İnsan hüquqlarının nəzəri-hüquqi əsasları və onların qorunması problemi" adlı monoqrafiyası işıq üzü görüb.

Sözügedən elmi əsərdə müasir beynəlxalq münasibətlər sistemində ən aktual məsələlərdən biri olan, insan sivilizasiyasının fundamental dəyəri kimi insan hüquqlarının elmi-nəzəri əsaslarla təhlili aparılıb, insane hüquqlarının yeni bir prizmadan anlayışı verilib, bu hüquq institutunun təkamül prosesi, konstision əsaslar, təminat mexanizmləri və mövcud problemləri hərtərəfli araşdırılıb. Monoqrafiyada insan hüquqları haqqında mövcud yanaşmaların oxşar və fərqli məqamlarına diqqət yetirilib, insan hüquqlarının qorunmasının beynəlxalq hüquqi əsasları da nəzərdən keçirilib. Kitab insan hüquqları ilə maraqlanan, tədqiqat aparan şəxslər üçün əhəmiyyətli bir mənbə ola bilər.

"İnsan hüquqlarının nəzəri-hüquqi əsasları və onların qorunması problemi" kitabının elmi redaktoru professor Əmir Əliyevdir.

Onu da xatırladaq ki, bir müddət öncə D.Qənbərovun "Beynəlxalq ekoloji standartlar insan hüquqları kontekstində" və "Ekologiya hüququ" adlı kitabları da işıq üzü görmüşdü.

Mətbuat və informasiya şöbəsi, 13 iyul 2016-cı il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026