"Onlayn dərslərin təkmilləşdirilməsi yolları" mövzusunda elmi seminar keçirilib

09/07/2020

İyulun 9-da Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə "Onlayn dərslərin təkmilləşdirilməsi yolları" mövzusunda onlayn elmi seminar keçirilib.

Moderator, Sosial elmlər və psixologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Qızılgül Abbasova iştirakçıları salamlayaraq qeyd edib ki, koronavirus “COVID-19” epidemiysının yayılmasının qarşısını almaq məqsədi ilə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılması səbəbilə BDU-da onlayn dərslər və yaz imtahan sessiyası uğurla təşkil olunub. Məsafədən dərslərin təşkilinin ölkəmizdə ilk təcrübə olduğunu bildirən Q.Abbasova fakültənin hər bir müəlliminin böyük təəsübkeşlik hissi ilə bu prosesin reallaşmasına öz töhvəsini verə bildiyini söyləyib.

Daha sonra Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə, Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova, Pedaqogika kafedrasının professoru Nübar Muxtarova, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova məsafədən dərslərin təkmilləşdirilməsi yolları ilə bağlı öz fikirlərini səsləndiriblər.

Çıxışlarda məsafədən - internet üzərindən tədrisin təşkilinin önəmli cəhətləri, müasir təlim texnologiyaları, onlayn tədris materiallarının əlçatan olmasını təmin etmək, tələbələrdə onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi, "Microsoft teams" platformasının mənfi və müsbət tərəfləri kimi problemlərə toxunulub.

Psixologiya kafedrasının dosenti Kamilə Kazımova "Tələbələrdə motivasiyanın formalaşdırılması imkanları və onlardan istifadə xüsusiyyətləri" (tədris proqramının mövzularının izahında texniki vasitədən istifadə olunma) adlı təqdimatla çıxış edərək tələbələrin motivasiyasına təsir edən amillər, tələbə motivasiyasının aşağı olma səbəbləri, daxili və xarici motivasiya metodları arasında balansın yaradılması, müəllimin tələbələri motivasiya etməkdə rolu kimi məsələlərə aydınlıq gətirib.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov bildirib ki, artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər baş verib, innovasiyaların dinamik surəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə  tətbiqi ilə bağlı qətiyyətli addımlar atmağa vadar edib.

Disskusiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024