ORBİCOM-da BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası haqqında məlumat yerləşdirilib

16/09/2022

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən UNESCO kafedraları arasında əlaqələri intensivləşdirmək üçün yaradılmış Kommunikasiya üzrə UNESCO kafedraları şəbəkəsinin (ORBİCOM) saytında (www.orbicom.ca) Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası haqqında da məlumat yerləşdirilib. Saytın Kafedralar (Chaires) bölməsində Avropa regionu üzrə kafedralar arasında kafedra haqqında ümumi məlumat, Nəşrlər (Piblications) bölməsində isə 2022-ci ilin avqust ayında dərc edilmiş Bülletendə (Orbi-Info Bulletin of August 2022 (No. 2022-04, Aug. 2022) geniş məlumat əks olunub.

ORBİCOM – informasiya mübadiləsini və ortaq layihələrin inkişafını təmin etmək məqsədilə akademik, media, korporativ və hökumət dairələrindən kommunikasiya liderlərini birləşdirən beynəlxalq şəbəkədir.

Qeyd edək ki, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası 2022-ci ilin əvvəllərində kafedra haqqında məlumatları və kafedranın hesabatını ORBİCOM-un Baş katibliyinə göndərib, kafedranın fəaliyyəti müsbət qiymətləndirilərək, bu məlumatlar cari ilin avqust ayında "Orbi Info" Bülletenində çap edilib və şəbəkə üzrə yayımlanıb. Artıq kafedranın fəaliyyəti dünyanın bütün regionlarında izlənilir, bu da beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar yaradır.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025