“Paşa Bank” BDU-da “İstifadəçi araşdırması” mövzusunda infosessiya keçirib

18/10/2023

“Paşa Bank” Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru,  Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə universitet tələbələrinin əmək bazarına hazırlığını yüksəltmək üçün növbəti təlim keçirib.

Təlimdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, sektorun əsas fəaliyyəti tələbələrə gələcək karyera quruculuğunda yardım etməkdir.

Sonra “Paşa Bank”ın əməkdaşı Təhminə Misirli “İstifadəçi araşdırması” mövzusunda danışıb. Təlimçi bildirib ki, “istifadəçi araşdırması” həyata keçirilərkən müsahibələr zamanı hədəflənən istifadəçilərin məhsul və ya xidmətin dizaynı, digər xüsusiyyətləri ilə bağlı istəkləri nəzərə alınmalıdır. Bu zaman kəmiyyət, keyfiyyət göstəriciləri, həmin göstəricilərin təhlili metodları mühüm əhəmiyyət kəsb  edir. Təhminə Misirli vurğulayıb ki, uğurlu “istifadəçi araşdırması” uğurlu məhsulun yaradılması və inkişafı üçün ilkin zəmindir.

İnfosessiyanın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026