“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib

02/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “PAŞA Holding” MMC-nin əməkdaşı Bəyim İbrahimovanın Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Dövlət qurumları ilə əlaqələr və korporativ sosial məsuliyyət” adlı təlim keçirilib.

Təlimçi bildirib ki, “Korporativ sosial məsuliyyət” (KSM) anlayışı şirkətin həm özünə, həm maraqlı tərəflərə, həm də cəmiyyətə qarşı məsuliyyətli davranışa təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən biznes modelidir. Həmin modelin prinsiplərini tətbiq edən şirkətlər cəmiyyətin bütün sahələrinə göstərdikləri müsbət təsirin fərqində olurlar. Bu model nəticə etibarı ilə təkcə qanunvericilik tələblərinə riayət etməklə kifayətlənmir, həm də ümumi ictimai rifah naminə atılan addımları əhatə edir.

Bəyim İbrahimova KSM modelləri - iqtisadi, ekoloji, etik və filantropik məsuliyyət haqqında, həmçinin şirkət daxilində KSM-in əsas məqsədləri - müsbət brend imici formalaşdırmaq, müştəri bazasını genişləndirmək, bacarıqlı kadrları cəlb etmək və innovasiyaları təşviq etmək barədə ətraflı məlumat verib. O, eyni zamanda KSM strategiyası, beynəlxalq təcrübələr, dövlət qurumları ilə əməkdaşlıq və departamentin fəaliyyət sahələri - təhsilə dəstək, sağlamlıq, ətraf mühitin mühafizəsi, cəmiyyətin rifahı və qadınların gücləndirilməsi barədə də danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir
07/07/2026

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”
07/07/2026

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır
07/07/2026