“Paşa Həyat Sığorta”nın BDU tələbələri üçün təlimi: “Sığorta, aktuar, risk”

24/11/2022

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq tələbələr üçün “Sığorta, aktuar, risk” mövzusunda təlim sessiyası keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələri əmək bazarının tələbləri və sektorun əsas fəaliyyət istiqamətləri ilə tanış edib. Həmçinin biznes fəaliyyətində sığorta risklərinin müəyyən edilməsinin və aktuar hesablamaların önəmini vurğulayıb.

“Paşa Həyat Sığorta”nın əməkdaşı Nərmin Salmanova şirkətin fəaliyyəti, strategiyası və mövcud vakansiyalar haqqında tələbələri məlumatlandırıb.

Daha sonra şirkətin Sığorta riskləri şöbəsinin müdiri, BDU məzunu Cəlal Quliyev mövzu ilə bağlı geniş məlumat verib.

Təlimin sonunda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb və işə qəbul olunmaq istəyən namizədlərlə qısa müsahibələr təşkil edilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026