Pakistanın Lahor Universitetinin professoru BDU-da elmi seminar keçirib

01/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən IX Beynəlxalq “Fizikada müasir trendlər” (Modern Trends in Physics) konfransı çərçivəsində Pakistanın Lahor Universitetinin Fizika fakültəsinin dekanı, professor Muhammad İftixar Xan elmi seminarla çıxış edib.

Professor “CsPbIBr₂ perovskit günəş elementlərinin optoelektron və struktur xüsusiyyətlərinə La aşqarının təsiri” mövzusunda məruzə edərək qeyd edib ki, qurğuşun halogenid əsaslı qeyri-üzvi perovskit günəş elementləri hazırda yüksək enerji çevrilmə səmərəliliyi ilə seçilir. Son illərdə heteroatom əvəzetməsi bu materialların xüsusiyyətlərini və cihazların effektivliyini artırmaq üçün ən perspektivli üsullardan biri kimi qiymətləndirilir.

Tədqiqat zamanı La ilə aşqarlanmış CsPbIBr₂ perovskit birləşmələrinin istehsal prosesi və xüsusiyyətləri araşdırılıb. Məlum olub ki, bu materiallarda iriölçülü kristallitlərə malik kubik kristal quruluşu və daha kiçik qadağan olunmuş zona formalaşır. Optoelektron və struktur xüsusiyyətlər müxtəlif metodlarla-fəza yükü məhdudlaşdırılmış cərəyanın təyini, fotolüminessensiya sönmə profilinin analizi, yükköçürmə müqavimətinin qiymətləndirilməsi və Mott-Şottki üsulu ilə təsdiqlənib.

Professor bildirib ki, La aşqarı tətbiq edildikdə həm açıq dövrə gərginliyində, həm də qısaqapanma cərəyan sıxlığında əhəmiyyətli artım müşahidə olunur. Bu isə aşqarsız nümunələrlə müqayisədə günəş elementlərinin ümumi səmərəliliyinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub.

Seminar sonda müzakirələrlə davam edib, iştirakçıların sualları professor tərəfindən cavablandırılıb.

 

Xəbərlər

Müzəffər xalqın qalib gəncliyi

Müzəffər xalqın qalib gəncliyi
02/02/2026

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30/01/2026