Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri ilə bağlı onlayn tədbir keçirilib

21/07/2020

21 iyul 2020-ci il tarixində  Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri ilə bağlı onlayn tədbir keçirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdinin qarşısını alarkən həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Aynurə Salmanlı qeyd edib ki, plastik tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.  Bu tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır.
Tədbirin gedişi zamanı Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri Nihat Quluzadə, Aytac Xudiyeva, Gülüstan Gözəlova və Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılov ətraf mühitin çikləndirilməsi, plastik tullantıların insan orqanizminə ziyanlar, plastik məmulat istehsalının sürətlə artması, plastik tullantılardan istifadənin azaldılması sahəsində görülən tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2025

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
14/06/2025