Polşa universitetlərinin nümayəndələri BDU-da

06/11/2023

Polşadan olan akademik nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə Polşanın Perspektiv Təhsil Fondu, Mariya Skladovskaya Küri Universiteti, Yagellon Universiteti, Sileziya Texnologiya Universiteti, Krakov İqtisad Universiteti, Krakov Texnologiya Universiteti və Qdansk Universitetindən nümayəndələr iştirak ediblər.

BDU rektoru Elçin Babayev nümayəndə heyətinə Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, Polşa ali məktəbləri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor BDU ilə Polşa Universitetləri arasında maraq doğuran istiqamətlər üzrə ikili diplom proqramlarının qurulması, akademik, inzibati heyətin və tələbə mübadiləsinin artırılmasının əhəmiyyətinə də toxunub. Elçin Babayev eyni zamanda ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib.

Polşa universitetlərinin nümayəndələri BDU ilə əlaqələrin inkişafında və qeyd olunan istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026