Polşanın Yagellon Universitetində BDU alimlərinin məqalələrindən ibarət kitab işıq üzü görüb

13/09/2017

Polşanın  Yagellon (Krakov) Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinə həsr olunmuş “Contemporary Azerbaijan in Social and Political Dimension” adlı kitab işıq üzü görüb. Polşa tərəfindən kitabın redaktoru  həmin universitetin Beynəlxalq münasibətlər  və siyasi elmlər  fakültəsinin dosenti Piotr Bayor, Azərbaycan tərəfindən isə BakıDövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Fərhad Hüseynovdur. Kitabın nəşri Yagellon Universitetinin maliyyə dəstəyi hesabına universitetin “Ksiegarnia Akademicka” nəşriyyatı tərəfindən həyata keçirilib.

“Contemporary Azerbaijan in Social and Political Dimension” adlanan bu kitabda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin alimləri tərəfindən yazılmış məqalələr təqdim olunub. Azərbaycan Respublikasında baş verən siyasi, iqtisadi, tarixi, hüquqi proseslərin  hərtərəfli təhlili verilib, qərb oxucusundaölkənin müasir vəziyyəti haqqında dolğun təsəvvür yaradılıb.

Qeyd edək ki, adıçəkilən kitab 2013-cü ilin oktyabr ayında Bakı Dövlət Universiteti və Polşanın Yagellon (Krakov) Universiteti arasında imzalan müqaviləyə əsasən “Şərq Tərəfdaşlığı: Məqsədlər-təcrübə-çağırışlar adlı proqramın nəticəsi olaraq işıq üzü görüb. Eyni zamanda, bu layihə çərçivəsində  Bakı Dövlət Universitetində dəyirmi masa keçirilib və bunun davamı olaraq Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri, layihənin milli koordinatoru Fərhad  Hüseynov və Kamran Eyyubov  Yagellon Universitetində keçirilən yekun konfransında məruzələrlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 13 sentyabr 2017-ci il

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026