UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

07/06/2019

Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.

Ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq. Bu məqsədlə, həmin gün rəsmi tədbir və sərgi təşkil olunacaq, konsert veriləcək. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək video-çarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.

Yubileydə Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və  2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.


Mətbuat və informasiya şöbəsi, 07 iyun 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025