Professor Abuzər Xələfov şəxsi kitablarını BDU-nun Elmi kitabxanasına vəsiyyət edib

12/05/2020

2020-ci il 27 apreldə dünyasını dəyişən Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, BDU-nun fəxri professoru, “Şöhrət” və “Şərəf” ordenli, BMT-nin İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü Abuzər Xələfov yetmiş ildən artıq dövrdə topladığı, kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı BDU-nun Elmi kitabxanasına vəsiyyət edib. Altmış ildən artıq Kitabxanaşünaslıq kafedrasında çalışan professorun vəsiyyət etdiyi kitab fonduna kitabxanaşünaslıq sahəsinə aid xüsusi ədəbiyyat, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və və s. daxildir. Kitablardan BDU-nun müəllimləri, tələbələri, magistrları və doktorantları yararlana biləcək.

Respublikamızda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması məhz Abuzər Xələfovun adı ilə bağlıdır. Professor A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının həllinə ciddi təsir göstərmişdir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026

BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası

BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası
24/04/2026