Professor Afət Məmmədova Avropa kredit sisteminin doktorantura təhsilinə tətbiqi ilə əlaqədar Macarıstanda olub

04/12/2013

Avropa kredit sisteminin doktorantura təhsilinə tətbiqi ilə əlaqədar Təhsil Nazirliyinin Ali təhsil və elm şöbəsinin müdiri Gültəkin Hüseynova, BDU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova, Xəzər Universitetinin Doktorantura və Elmi Hissəsinin müdiri, dosent Eldar Şahgəldiyev Avropa komissiyasının rəsmi dəvəti ilə Macarıstan Respublikasının Budapeşt şəhərində olublar.Səfər zamanı nümayəndə heyəti Avropanın tanınmış universitetləri olan Etvoş Lorand, Korvinus, Budapeşt Texnologiya və İqtisadiyyat, Mərkəzi Avropa, Peter Pazmany Katolik Universitetlərində, Milli Doktorlar Şurasında, Macarıstanın Akkreditasiya Komitəsində və Macarıstan Elmlər Akademiyasında olublar. Azərbaycanlı ekspertlər Macarıstan Elmlər Akademiyasının prezidiumunun nümayəndələri və universitetin rəhbərləri ilə görüşərək doktorantura sahəsində müzakirələr aparıblar. Müzakirələrin asas mövzusu doktorluq proqramlarının strukturu, təşkili, kredit sistemi, doktorantura təhsilinin qiymətləndirilməsi, ikili diplomların verilməsi, özünü maliyyələşdirmə məsələləri olub. Diskussiyalar adıçəkilən universitetlərin vitse rektorları, doktorantura məktəblərinin rəhbərləri, Milli Doktorantura Şurasının rəhbəri, Macarıstan Milli Baloniya Şurasının sədri, fakültələrin dekanları, beynəlxalq əlaqələr üzrə departament rəhbərləri ilə aparılıb. Ekspertlər habelə Macarıstan Rektorlar Konferensiyasının nümayəndələri ilə görüşüb, söhbətlər aparıblar.

Azərbaycanlı ekspertlər keçirilən müzakirələrin nəticəsində qəbul edilən tövsiyə və təklifləri hazırlayaraq Respublikada Doktorantura səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasına tətbiq edilməsini nəzərdə tutublar. Həmçinin görüşlərdə Macarıstanın aparıcı universitetləri ilə tələbə və müəllimlərin mübadiləsi, elmi əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi planlaşdırılıb.

Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2013-cü il.

Xəbərlər

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”
03/07/2025

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib
03/07/2025