Professor Amil Məhərrəmov Şimali Qafqaz Federal Universitetinin beynəlxalq konfransında məruzə edib

22/11/2017

Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müdiri,  professor Amil Məhərrəmov Rusiya Federasiyasının Pyatiqorsk şəhərində, Şimali Qafqaz Federal Universitetinin təşkil etdiyi “Qafqaz XXI əsrin əvvəlində: İctimai diplomatiyanın beynəlxalq terrorizmə əks təsirində rolu” adlı beynəlxalq konfransda ekspert qismində iştirak edib. O, “Qabaqcıl milli iqtisadiyyatlar timsalında terrorizmə qarşı mübarizədə dövlət xərclərinin təhlili” mövzusunda məruzəilə çıxış edib, konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Konfrans müddətində dəyirmi masalar təşkil edilib, xarici ölkələrin alim və tələbələrinin çıxışları və mühazirələri dinlənilib, müzakirələr aparılıb, beynəlxalq terrorizm haqqında mövcud vəziyyət tədqiq olunub.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2017-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026