Professor Məhəmmədəli Ramazanov Lozannalı həmkarları ilə görüşüb

14/08/2012

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f..e.d. Məhəmmədəli Ramazanov və kafedranın dosenti, Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi b.e.n. İsmət Əhmətov  1 Avqust 2012-ci il tarixdən  İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) Lozanna Politexnik Federal İnstitutunda (EPFL) elmi ezamiyyətdədirlər.  Ezamiyyətdə bu institutun  əməkdaşları  professor Lazslo Forro və professor Andrzej Sienkieviçlə birlikdə Mürəkkəb materialların fizikası laboratoriyasında nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti  və hüceyrələrə təsirinin toksik effektləri  EPR metodu ilə  öyrənilir. SCOPES əməkdaşlıq layihəsi  sayəsində nanomaterialların  canlı sistemlərə təsirinin öyrənilməsi  - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən  nəticələr alınmışdır və bu elmi nəticələr Bakı Dövlət Universitetində  bu istiqamətdə elmi tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Mətbuat və informasiya Şöbəsi, 14 avqust 2012-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026