“Qafqaz xalqları tarixi” kafedrasının müdiri, professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildi işıq üzü görüb

17/05/2016

Kitab dövrümüzün aktual məsələlərinə, ulu öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik və siyasi fəaliyyətinin təhlilinə həsr olunub

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Əməkdar Müəllim, elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildi çapdan çıxıb. Kitab ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində işiq üzü görüb.

Tanınmış tarixçi alim, ictimai xadim, professor İradə Hüseynovanın 35 illik gərgin əməyinin, yaradıcılığının bəhrəsi olan çoxcildliyin birinci cildinə daxil edilmiş materiallar 1981–2002-ci illəri əhatə edir. Poliqrafik cəhətdən nəfis şəkildə nəşr olunmuş bu kitabda Azərbaycanda çağdaş milli intibahın, milli dirçəlişin böyük ideoloqu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektləri, mərhələləri və istiqamətləri vahid sistem halında tədqiq olunub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə qələmə alınmış bu dəyərli monoqrafiyada Azərbaycan tarixinin ən yeni dövrünün tam və aydın mənzərəsi nəzərdən keçirilib.

Müəllifin geniş elmi ictimaiyyətə təqdim edilən və “Müstəqil Azərbaycanın təkamül yolu”, “Ən böyük amal ümummilli mənafeyə xidmətdir”, “Rəylər. Düşüncələr. Təbriklər...” bölmələrindən ibarət olan “Tarix. Zaman. Düşüncələr” adlı fundamental monoqrafiyası istər məzmunu və mündəricəsi, istərsə də araşdırılan problemlərin elmi-nəzəri dərinliyi, sanbalı ilə diqqəti cəlb edir.

Əsərdə 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən, Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı, Ulu Öndərin işiqlı ideyalarını gerçəkləşdirən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslarla yeritdiyi düşünülmüş sosial-iqtisadi strategiya barədə geniş təhlillər aparılıb. Kitabda bildirilir ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, dövlətimizin başçısının balanslaşdırılmış uzaqgörən, praqmatik siyasəti ölkəmizin nəinki Qafqazda, bütün dünya birliyində nüfuzunu möhkəmləndirib.

Kitabda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin xalqımızın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin qorunub saxlanmasında rolu geniş surətdə əksini tapıb.

Monoqrafiyada, həmçinin gender təhsili, ölkəmizin təhsil sistemində qadınların rolu, qadın təhsili və gender bərabərliyi, qadın təhsilində mövcud problemlər və onların aradan qaldırılması yolları ilə bağlı dəyərli araşdırmalar aparılır.

“Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildində Azərbaycanın müxtəlif dövrlərdə keçdiyi tarixi yol, müstəqillik uğrunda mübarizəsi, ölkəmizin hərtərəfli inkişafı, bu inkişafa gətirən amillər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, ölçüyə gəlməz xidmətləri, müasir dövrdə, yeni geosiyasi məkanda ölkədə əzmlə aparılan dövlət quruculuğu məsələləri, beynəlxalq aləmdə Azərbaycanın yeri və rolu və s. kimi məsələlər tədqiq olunur. Burada oxucu onu maraqlandıran hər bir sahə - elm, təhsil, tarix, iqtisadiyyat, siyasət, kənd təsərrüfatı, beynəlxalq və sosial həyat, geosiyasət, hüquq, ədəbiyyat və incəsənət barədə dolğun məlumatlar ala bilər.

Professor İradə Hüseynova ölkəmizdə tanınmış tarixçi alim olmaqla yanaşı, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini araşdıran, müstəqil Azərbaycan dövlətinin yaranması, inkişafı və möhkəmləndirilməsində Ulu Öndərin əvəzsiz xidmətlərinə həsr olunmuş ilk doktorluq dissertasiyasının müəllifidir. Alimin bu istiqamətdə 8 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi nəşr edilib, ölkəmizdə və xaricdə keçirilən nüfuzlu elmi beynəlxalq forumlarda, konfranslarda böyük rəğbətlə qarşılanan çoxsaylı məruzələri dinlənilib.

Tanınmış tarixçi alim, YAP Siyasi Şurasının üzvü İradə Hüseynovanın bu mövzuda olan monoqrafiyaları - “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев- от политического руководителя к общенациональному лидеру” (Baku, 2005), “История народов Кавказа” (Bakı 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2009) və s. əsərləri kimi “Tarix. Zaman. Düşüncələr” çoxcildliyi də Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində mühüm addımdır.

Çoxcildli əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadovdur.

Azərbaycan tarixşünaslıq elminə böyük töhfə olan bu fundamental əsər müxtəlif sahələrdə çalışan tarixçilər, alimlər, politoloqlar, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, tarix, ictimai və siyasi elmlər sahələrində çalışan mütəxəssislər, siyasətçilər, qafqazşünaslar, həmçinin müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 17 may 2016-cı il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024