PROFESSOR SƏHƏR ORUCOVA “İLİN ALİMİ” ALİ MEDİA MÜKAFATINA LAYİQ GÖRÜLÜB

03/02/2017

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının keçirdiyi rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb. "Heydər Əliyev ideyalarının həyata keçirilməsindəki fəaliyyətinə və elmi yaradıcılığı ilə xalqa layiqli xidmətlərinə görə" Səhər Orucova  KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən diplom və medalla təltif olunub.

Qeyd edək ki, prof. Səhər Orucova 1993-cü ildən BDU-da müxtəlif vəzifələrdə çalışır. 2015-ci ildən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 100-dən artıq elmi məqalənin, o cümlədən dərs vəsaitləri, proqram və monoqrafiyaların müəllifidir. 2007-ci ildə “Azərbaycan folklorunun rus dilinə tərcüməsi probleminin özünəməxsusluğu”, 2012-ci ildə isə “Azərbaycan folklorunun toplanma, tərcümə və nəşr problemləri (SMOMPK materialları əsasında)” kitabları işıq üzü görüb. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 03 fevral 2017-ci il.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024