Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

05/03/2018

BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş iki kitabı işıq üzü görüb. “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” adlı kitabda (Bakı: Elm və təhsil, 2018) “Dədə Qorqud” eposu milli ədəbi düşüncənin ilkin mərhələsi və qaynağı kimi götürülüb, onun milli ədəbi fikrin inkişaf tarixindəki yeri və tarixi öyrənilib, müasir Azərbaycan nəsrində, poeziyasında və çağdaş milli dramaturgiyasında dastanların ideya və motivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilərək tədqiq olunub.

“Koroğlu dastanında obrazlar sistemi” adlı dərs vəsaitində isə (Bakı: Elm və təhsil, 2018) poetik struktur problemi düzgün nəzəri təhlil istiqamətində götürülüb və dolğun elmi nəticələr əldə edilib. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl epik sistem kimi yanaşılıb və bu yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaradıb. Kitabda dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülüb.

Hər iki kitabdan ədəbiyyatşünas alimlər, müəllimlər, filoloq tələbələr və bu maraq dairəsinə malik oxucu kütləsi faydalana bilər.

Mətbuat və informasiya şöbəsi, 05 mart 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026