Professor Zakir Avşar BDU-da olub
15/05/2017
IV İslam Həmrəylik Oyunları çərçivəsində ölkəmizə səfər edən Türkiyənin Qazi Universiteti Jurnalistika fakültəsinin professoru Zakir Avşar Bakı Dövlət Universitetində olub.
Rektor, akademik Abel Məhərrəmov qonağı növbəti dəfə universitetdə görməkdən məmnunluğunu ifadə edib, fakültələrarası əməkdaşlığı yüksək qiymətləndirib.
Professor Zakir Avşar, öz növbəsində, birgə layihə və proqramlardan bəsh edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Sonra professor Zakir Avşar Jurnalistika fakültəsinin “Barama” İnnovasiya Mərkəzi ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb, doktorant, tələbə və magistrantlara mühazirə oxuyub.
Mətbuat və informasiya şöbəsi, 15 may, 2017-ci il
Xəbərlər
Müstəqilliyimizin əbədi rəmzi
Müstəqilliyimizin əbədi rəmzi
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
