Psixoloji Yardım Sektoru növbəti maarifləndirmə tədbiri keçirib

08/07/2020

Dünyada sürətlə yayılan Koronavirus (COVID-19) pandemiyası səbəbilə insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün davamlı yeni qaydalar tətbiq edilir. Dünya əhalisinin virusdan qorunması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) o cümlədən dövlətlər insanları evdə qalmağa çağırır. Eyni zamanda karantin rejiminin tətbiqi psixoloji gərginliyə səbəb olur. Bu səbəblə Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektorunun (PYS) əməkdaşları koronavirus pandemiyası dövründə stres, həyəcan, təşviş, eyni zamanda stresin immun sisteminə təsiri mövzusunda instagram hesabı üzərindən canlı yayım edib.

PYS-nin psixoloq-məsləhətçiləri Turqay Əlisalamzadə və Natavan Həsənzadə izləyiciləri salamlayıb, BDU-da iyunun 8-dən start götürən yaz semestrinin imtahan sessiyasında tələbələrə müvəffəqiyyətlər arzulayıblar. Pandemiya zamanı narahatlıq və stresin artması, yaranmış psixoloji gərginliklə mübarizə metodlarından danışan mütəxəssislər pandemiya dövründə stresin idarə olunması ilə bağlı izləyicilərə maarifləndirici məlumat verib, onları tələb olunana qaydalara riayət etməyə çağırıblar. Qeyd olunub ki, psixoloji əhval-ruhiyyə yüksək tutulmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət edilməlidir. Sosial ünsiyyətin vacibliyini vurğulayan psixoloq-məsləhətçi Natavan Həsənzadə bildirib ki, informasiya texnologiyaları vasitəsilə ünsiyyəti davam etdirməli, sosial izolyasiya tədbirlərinin gətirdiyi narahatlıq, depresiya kimi təsirlərdən özünümüdafiə tədbirləri görülməlidir.

Həmçinin pandemiya zamanı əməl edilməli olan ən vacib psixoloji məqamlar - psixoloji rahatlığın təmin edilməsi məqsədilə gündəlik rejim tətbiqi, yuxu və qida rejiminə diqqət edilməsi, ailə üzvləri ilə səmərəli vaxtın təşkili, soyuqqanlı olmağın və təşvişdən uzaq durmağın vacibliyi vurğulanıb. Daha sonra izləyicilərə emosional rahatlığın qorunması üçün rəsmi xəbərlərdən kənar yayılan informasiyalara inanmamaları, fiziki aktivliyin təmin olunması, onlayn işləyənlərinin iş rejiminə əməl etmələri, zərərli vərdişlərdən imtina tövsiyə edilib.

Sonda izləyicilərin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024