«Qafqaz dünya siyasətində» və«Rusiya XXI əsrdə» monoqrafiyaları çapdan çıxıb

22/04/2014

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəylinin «Qafqaz dünya siyasətində» və «Rusiya XXI əsrdə» monoqrafiyaları çapdan çıxıb. «Qafqaz dünya siyasətində» adlanan kitabda XXI əsrin Qafqazı ətrafında baş verən müasir geostrategiyanın konseptual inkişaf məsələləri tədqiq edilir, böyük və super dövlətlərin Qafqaz, əsasən də Cənubi Qafqaz siyasətinə yer verilir.

«Rusiya XXI əsrdə» monoqrafiyasında isə müəllif müxtəlif ölkələrdə dərc edilmiş elmi mənbə və əsərlərə əsaslanaraq Rusiya Federasiyasının XXI əsr xarici siyasətinin əsas istiqamətlərini təhlil edir. Rusiya Federasiyasının postsovet ölkələri, həmçinin Amerika, Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələri ilə xarici siyasi əlaqələri konkret faktlar əsasında araşdırılır. Monoqrafiyada Rusiyanın xarici siyasət konsepsiyası təfərrüatları ilə təhlil edilir, onun xüsusiyyətləri və xarakterik cizgiləri müasir şəraitdə təhlil edilir.

Mətbuat və informasiya şöbəsi, 22 aprel 2014-cü il.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026