Qalib lider İlham Əliyevin milli ideya konsepsiyasında yeni missiya

30/03/2024

İmperialist dairələrin himayəsi ilə 33 il davam etmiş Qarabağ münaqişısinə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Ötən ilin payızında isə qalib ordumuzun Qarabağda apardığı lokal antiterror əməliyyatı erməni separatçılarının və işğalçı Ermənistanın bölgədəki quldur dəstələrinin tör-töküntünülərini süpürüb atdı. Artıq dövlət suverenliyimiz ölkəmizin bütün ərazisində bərpa edilib.

Mübaliğəsiz demək olar ki, bu tarixi Zəfərin bir müəllifi var – gücü və birliyi təcəssüm etdirən “Dəmir yumruq”. “Də­mir yumruğ”un memarı isə Azərbaycanın problemlərinin həllini və gələcək inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən, ümummilli lider Heydər Əliyevin ideyala­rını, arzu-istəklərini davamlı olaraq ger­çəkləşdirən Prezident İlham Əliyevdir. Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqın daş yaddaşını bütün varlığı ilə öz ruhunda yaşadan dövlət başçısının müdrik və qətiyyətli siyasəti ölkəmizə ta­rixin ən böyük qələbəsini qazandırdı.

Alman sosioloqu M.Veber “Siyasət peşə kimi” əsərində siyasət, milli dövlət, dövlət məmuru anlayışlarına və “Peşə­kar siyasətçi kimdir?” sualına cavab ax­tarmağa çalışmışdır. Məsələn, o, həm “Peşəkar siyasətçi dedikdə nə başa dü­şürük?” sualını qoyur, həm də bu peşə­kar siyasətçi kimi fərqlənən şəxslərin əsas xarakteristikasını açıqlayır. Alim qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün 3 əsas şərt vacibdir: fəalliyyət eh­tirası (pasionarlıq); kənardan baxıb qə­rarvermə bacarığı; məsuliyyət hissinin olması.

Sosioloq həm də rasional idarəetmə üçün dövləti idarə edən şəxsin peşəkar siyasətçi olmasının zəruriliyini vurğulayır. O, liderləri – ənənəvi, xarizmatik və rasi­onal-leqal olaraq 3 qismə bölür. Rasional (məntiqlə, qanunla) idarəçilikdə bütün ha­kimiyyət qanunun aliliyi əsasında qurulur. Veberə görə, bu idarəetmə sistemi məhz qanunun aliliyinə görə ən davamlı, möh­kəm və səmərəli üsul olmaqla, əsasən, böyük cəmiyyətlər üçün səmərəlidir. Bu­rada qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Rasional-leqal li­der təkcə bir mərhələdə deyil, bütün döv­rlər üçün ən ideal şəxsdir.

Rasional-leqal idarəçilik zamanı cə­miyyət üzvləri hüquqların dövlət haki­miyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirmə­yi özlərinin borcu bilirlər. Elə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün real təcəssümünü tapan “Dəmir yumruğ”un fəlsəfəsində də liderə, onun rasional keyfiyyətinə inam dururdu. Bəli, “Dəmir yumruq” bir gün, bir ay, bir il ər­zində ərsəyə gəlməmişdi. Birinci Qara­bağ müharibəsində daxili sosial-siyasi xaosun, hakimiyyət uğrunda irrasional savaşın da şərait yaratdığı acı məğlu­biyyətin kütləvi stressindən xalqı çıxar­maq, azərbaycançılıq məfkurəsini siyasi praktikaya birləşdirici məlhəm kimi tətbiq edərək milli həmrəyliyə nail olmaq, ölkə­nin hərbi immunitetini gücləndirməyə tə­kan verən iqtisadi əsasları qurmaq, döv­lətin beynəlxalq nüfuzunu qlobal ictimai rəyə təsiretmə səviyyəsinə qaldırmaq kimi tarixi missiyanı həyata keçirmək la­zım idi.

Bu tarixi missiyanı səbirlə, təmkinlə, addım-addım həyata keçirən ulu öndər Heydər Əliyev son nəfəsinədək xalqı­na xidmət etdi, yarımçıq qalmış arzula­rını, o tarixi missiyanı davam etdirməyi isə əminliklə, müdrikliklə siyasi varisi İlham Əliyevə həvalə etdi. Böyük şərəf və ləyaqətlə bu tarixi missiyanı davam etdirən rasional-leqal lider İlham Əiyev tarixi uğurlara imza ataraq məfkurəvi es­tafeti qəbul etdiyi dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin ruhu və xitab etdiyi xalq qarşısında alnıaçıq, üzüağ hesabat verdi.

Müasiri olduğumuz tarixi hadisələrin xarakteri belə qənaətə gəlməyə əsas ve­rir ki, müstəqillik dövrü Azərbaycanında baş verən bu tarixi hadisələr həm siyasi metodologiya, həm də xronoloji kontent baxımından epoxal xarakter daşıyır. İlk mərhələ yenicə müstəqillik qazanıb kövrək addımlarla irəliləyən ölkəmizin müstəqilliyini qəbul etməyən dövlətlər daxili qarışıqlıq yaratmış, xalqımızı se­paratçı münaqişəyə sürükləmişdi. Təbii ki, siyasi müdrikliyi, dövləti idarəetmə təcrübəsi olmayan o zamankı hakimiyyət ağır tarixi və geosiyasi şəraitdə müstəqil­liyi və suverenliyi qoruyub saxlamaq gücündə deyildi. Belə bir şəraitdə xalq həmin dövrün çağırışına cavab verən xa­rizmatik siyasi lder Heydər Əliyevi haki­miyyətə dəvət etmli oldu. Ulu öndərin ha­kimiyyətə gəlişi ilə müstəqil Azərbaycan qarşısında ikinci missiya müəyyənləşdi. Bu, yuxarıda bəhs etdiyimiz missiyanın əsaslarını təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev yaratdı. Ümummilli lider 10 illik gərgin fəaliyyətin sonunda ömür vəfa etmədiyindən bu missiyanı rasional-leqal lider keyfiyyətini özündə ehtiva edən İlham Əliyevə ötürdü.

Prezident İlham Əliyevin siyasi mara­fonunun nəticəsi olaraq, qalibiyyətli mü­haribə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ancaq ölkə Prezidentinin təbirincə desək: “Bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdı”. Bununla da ölkə qarşısında növbəti missiya dur­malıdır. Həm də bu missiya qaçılmaz, taleyüklü bir hədəf kimi hamımızı düşün­dürməlidir. Bu missiya nədir? Onu necə anlamalıyıq?

Bununla bağlı həmişə ictimai rəyə böyük önəm verən ölkə başçımız İlham Əliyev bu il yanvarın 10-da ölkənin tele­viziya kanallarına müsahibəsində açıq mətnlə bildirdi: “Bizim əsas milli ideya­mız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağ­lı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımız­la bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

Düzdür, problemin qoyuluşu və on­dan irəli gələn “yolumuz haradır?” sua­lının cavabı heç də asan deyil. Həm də nəzərə alsaq ki, bu gün bəşəri meyillər qeyri-müəyyəndir – ideologiyasızlaşdı­rılmış, məfkurə böhranı yaşayan dünya üçün belə bu suala cavab çox çətindir. Çünki bəşəriyyət üçün ümumi ideoloji fond yaradan fikirlər yoxdur. Sovet İtti­faqının süqutu ilə, əslində, təkcə ikiqütb­lü dünya reallığı aradan qalxmadı, həm də dünya evi qarşısında bir sual yarandı: “Bəs sonra? İndi yolumuz harayadır?” Qeyd edək ki, bununla bağlı çoxlu po­lemikalar başladı. SSRİ süqut edəndən dərhal sonra Rusiyanın sosialist şine­lindən çıxıb XIX əsr imperiya siyasətinə qayıdışı baş verdi.

Əlbəttə, ABŞ başda olmaqla birləş­miş Qərb bunu əvvəlcədən bilirdi. Ancaq bu onlar üçün daha dözümlü idi, nəinki cazibədar kommunist ideologiyası ilə ge­nişlənmə təhlükəsi olan Rusiya. Amma çox keçmədi ki, ABŞ başda olmaqla Qərb cəbhəsində də fövqəldövlətçilik davranış modeli əsl anaxronizm elemen­ti kimi qıcıq yaratmağa başladı, demok­ratiya və liberal dəyərlərin, sadəcə, alət olması faktını ortaya qoydu. ABŞ-nin və Qərbin “xeyirxah hegemoniyası” anti-a­merikançılığın, anti-qərbçiliyin güclən­məsinə səbəb oldu.

Qloballaşma şəraitində yaban­çı dəyərlərdən, onun kosmopolitizmi təbliğ edən istiqamətlərindən qorun­maq, cəmiyyətimizin sosial xarakterinə neqativ, aşındırıcı təsir göstərə biləcək tərzləri qəbul etməmək, milli kimliyini, özünəməxsusluğunu saxlamaq, öz kö­künə, tarixinə milli-mənəvi dəyərlərinə söykənərək mütərəqqi qlobal çağırışlara cavab vermək mühüm vəzifələr kimi qar­şımızdadır.

Əslində, yeni missiyanın, Azərbay­canın yaratdığı mövcud reallıqdan irəli gələn yeni milli ideyanın konturları ra­sional-leqal lider, böyük strateq İlham Əliyevin özü tərəfindən şəkilləndirilmiş, müvafiq yol xəritəsi hazırlanmışdır. Bu, özünü son illər qəbul olunmuş milli pri­oritetlərlə bağlı strateji yol xəritələrində, dövlət proqramlarında, institusional is­lahatlarla bağlı Prezident sərəncam və fərmanlarında, dövlətin xarici siyasət vektorlarında, dövlət başçımızın proq­ram xarakterli çıxışlarında aydın şəkildə göstərir. Müstəqillik əldə etdikdən sonra güclü dövlət milli ideyamızın əsas yönü – birinci missiyamız idisə, qalib dövlət növ­bəti milli ideya istiqaməti və yeni missiya oldu. Bu gün rifah dövləti yeni missiya – milli ideya istiqaməti kimi qarşımızda durmalıdır.

Şübhəsiz, postmüharibə dövrü Azər­baycanının qarşısında artıq yeni hədəf­lər müəyyənləşməli, real və potensial təhdidlərə dayanıqlı, daim ölkəmizdə “Axilles dabanı” axtaran, “bəlkə də qay­tardılar” xülyası ilə yaşayaraq məkrli planlar quran Ermənistan + qüvvələrinə heç bir imkan tanımayan, imzası imza­lar içərisində əbədiyaşar bir sosial dövlət nümunəsi göstərmək bizim milli ideya­mızın əsas qayələrindən biri olmalıdır. Postmüharibə dövrü Azərbaycanında sosial dövlət, ümumi rifah dövləti quru­culuğu bir sosial sifariş olmaqla yanaşı, milli ideyamızın əsas prioriteti kimi böyük strateq İlham Əliyevin fəaliyyət hədəflə­rindən biridir.

Müzəffər xalq postmüharibə dövrün­də ancaq sosial rifah dövlətinə xas bir inkişaf yoluna layiqdir ki, bu yolun özülü artıq qoyulmuşdur. Vətəndaş–dövlət mü­nasibətlərinin ahəngdar inkişaf edəcəyi sosial dövlətdə cəmiyyətin və dövlətin idarəedilməsində meritokratik dəyərlər tam təntənəsini qeyd etməli, heç kimin kənarda qoyulmayacağı inkluziv cəmiy­yət bərqərar olmalıdır. Azərbaycan xalqı­nın təhdid edə biləcək ayrımçı düşün­cələrin bütün qalıqlarını cəmiyyətdən bir nəsnə kimi tarixin arxivinə gömmək qar­şıda duran əsas hədəflərdən olmalıdır.

Sosial dövlətin sabitliyi, dayanıqlığı müasirlik, güclülük və qanunun aliliyini ehtiva edən hüquqi prinsip şərtləri daxi­lində mümkündür. Sosial dövlət üçün əsas anlayışlardan biri ədalət anlayışı­dır ki, ölkə başçımız bunu bütün uğur­larımızın, gücümüzün uğur dəyəri kimi qiymətləndirir. Qalib dövlətin dayanıqlığı üçün sosial ədalət, bərabər imkanlar və bərabər şanslar, əlçatanlıq, müyəssər­lik təmin olunmalı, bərabərsizliyə imkan verilməməlidir. Sosial məmnunluğa nail olunmalı, fərdlər kollektiv şüurla özlərini idarə etməyi bacarmalı, cəmiyyət olaraq bütün neqativlərdən arınmalıdır. Sosial nəzarət, ictimai qınaq fəal olmalıdır.

Artıq Azərbaycanda hakimiyyətin, dövlət başçısının, liderin bir İlham Əliyev meyarı və modeli yaranmışdır. “Nəyi, nə zaman, necə etməyi gözəl bilən” İlham Əliyev strateji miqyaslarla düşünür və gələcəyin yol xəritəsini də zərgər dəqiq­liyi ilə proqnozlaşdırır. Məğlub Ermə­nistan və havadarları isə unudurlar ki, Türkiyə – Azərbaycan tandemi təkcə iki liderin iradəsinə bağlı olmayıb, iki vücud­da bir can olan xalqlarımızın əzəli, əbədi birliyindədir.

Tarixi zəfərimizi həzm edə bilməyən Ermənistan+ qüvvələrin təhdidlərinə İlham Əliyevin Azərbaycanı səssiz qal­mır, onları bir sıra hallarda öz silahları ilə vurmaqdadır. 2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsiz­lik” mövzusunda beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsi­ka təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasına vurduğu zərbə və s.bu mü­barizəyə parlaq misallardır. Ölkə başçı­mız telekanallara qeyd edilən müsahibə­si zamanı Qərbin ölkəmizə qarşı davamlı təhdidlərinə işarə edirdi: “Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bit­məyəcək, bundan sonra da davam edə­cək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlil­çilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib”.

Dünya miqyaslı siyasətçi, müdrik milli lider, qalib Komandan İlham Əli­yev elə bir şanlı tarixə imza atmışdır ki, onilliklər, yüzilliklər boyu xalqımızın yolunu müəyyən edəcək. Azərbaycanın orta və uzaq perspektivləri proqnozlaş­dırılan olmalıdır. Bu missiyanı hazırlayıb həyata keçirmək liderliyin rasional-leqal keyfiyyətlərini özündə ehtiva edən İlham Əliyevə nəsib olmuşdur. Zəfərlə başa çatan müharibədən sonra cəmiyyəti növbəti hədəflərə istiqamət götürməyə səsləyən dövlət başçısı bununla həm də cəmiyyəti durğunluğa imkan tanıma­mağa, daim dinamik olmağa dəvət etdi. Pasionar lider xalqı da daim dinamik və pasionar görmək üçün səfərbər edir, cəmiyyət və dövlət qarşısında yeni hə­dəflər, yol xəritələri, yeni missiya və milli ideya istiqamətləri müəyyənləşdirir.

Böyük strateq İlham Əliyevin inamla qələbədən qələbəyə apardığı Azərbay­canı gələcək nəsillər iftixar hissi ilə qə­bul edəcək və yeni missiya və hədəflərlə zənginləşdirəcək.

https://xalqqazeti.az/az/siyaset/172423-qalib-lider-ilham-eliyevin-milli

 

Üzeyir ŞƏFİYEV,
BDU-nun sosial iş kafedrasının müdiri, dosent

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024