Qarabağ: Hərbi və siyasi qələbələr məkanımız!

14/10/2020

Qarabağın və işğal edilmiş digər ərazilərimizin işğaldan azad edilməsi istiqamətində ordumuzun əməliyyatları artıq öz nəticələrini verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bildirdiyi kimi ordumuzun əks-həmlə əməliyyatı nəticəsində status-kvo artıq dəyişibdir. Ermənistan ordusunun məğlubedilməzliyi mifi darmadağın edilibdir. Bu mifin səbəblərini isə ölkə başçımız çox gözəl izah edir. Ermənilərin Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal etməsi Rusiyanın bölgədə yerləşən 366-cı alayı ilə bağlı olmuşdur. Bu alayın şəxsi heyyətinin yetmiş faizi ermənilər idi. Ermənilər Rusiya silahının və digər yardımlarının sayəsində müvəqqəti olaraq müəyyən uğurlar əldə edə bildilər. Azərbaycan isə o dövrlərdə hələ zəif idi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə güclü Azərbaycanın formalaşdırılması prosesi start götürdü. Azərbaycan ordusu yenidən qurulmağa başladı. Daha sonra İlham Əliyevin ölkə başçısı olmasından sonra bu proses layiqli şəkildə davam etdirildi. Azərbaycan ordusunun döyüş qabiliyyəti yüksəldi. Beynəlxalq hərbi-siyasi əməkdaşlıq nəticəsində ordumuzun ən müasir silahlarla təchiz edildi. Burada Azərbaycan-Türkiyə əməkdaşlığının rolunu xüsusi ilə vurğulamaq lazımdır. Biz bu gün bu sahədə həmin əməkdaşlığın və siyasətin nəticələrini görürük.

Azərbaycan ordusu hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir. Ermənistan və onun ölkə başçımızın ifadəsi ilə "psixoloji vəziyyəti gərgin vəziyyətdə olan" rəhbəri Paşinyan isə cinayətlərinə davam edir. Azərbaycan rəhbərliyi pozitiv diplomatiyaya hər zaman səs verməkdədir.

Məhz buna görə Rusiya Federasiyasının danışıqlarla bağlı olan çağırışına da cavab verdi. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Moskvaya gedərək Ermənistan xarici işlər naziri ilə Lavrovun vasitəçiliyi ilə görüşdü. Ermənilər bu zaman nə etdi? Öz xislətlərinə uyğun şəkildə yeni bir cinayətə əl ataraq Gəncə şəhərini raket atəşinə tutdu. Özü də gecə vaxtı, dinc insanların yaşadığı binaları bombaladı. 41 dinc sakin yaralandı, 10 nəfər isə qətlə yetirildi. Bu məhz danışıqların aparıldığı bir dövrdə oldu. Bu bir daha onu göstərir ki, Ermənistan heç bir vaxt pozitiv mövqedə olmamışdır.

Moskva danışıqları zamanı bəyan edilən dörd bəndin ən gözəl izahı da dövlət başçısı tərəfindən verildi. Ermənistan konkret danışıqlara oturmalıdır. Xəyallardan çıxmalıdır. Azərbaycan ancaq substansiv mövzu ətrafında konkret danışıqları qəbul edir. Azərbaycan üçün bir variant keçərlidir. Ermənistan öz qoşunlarını tamamilə bütün işğal edilmiş ərazilərdən çıxarmalıdır.

Ermənistanın yalvarışlarını cənab Prezident İlham Əliyev çox gözəl şəkildə ifadə etdi. Paşinyan az qala qəbilə başçılarına da zəng edərək mədəd diləməkdə idi. Moskva danışıqlarından sonra ölkə başçımız bildirdi ki, Ermənistana bir daha bəyan edildi ki, qondarma oyuncaq qurumla danışıqların aparılmasında söhbət belə gedə bilməz.

Azərbaycan Respublikası öz ərazilərinin işğaldan azad edilməsində öz fəaliyyətini davam etdirir. Bu işdə heç kim onun qarşısını ala bilməz. Azərbaycana bu istiqamətdə təzyiqlər çoxdur. Onlar olmuş və olacaqdır. Ancaq siyasi qətiyyətimiz bu əngəlləri də aşacaqdır. Bunu ölkə başçısı açıq bir şəkildə bəyan edir.

Azərbaycan geosiyasi amilləri də düzgün dəyərləndirir. Biz hamımız bilirik ki, Rusiya Ermənistanda Paşinyan rejimini sevməsə də bu ölkəyə öz yardımını əsirgəmir. Bunu bu və ya digər şəkildə edir. Üstəlik, Rusiya mediasında kök salan ermənilər gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparır.

Bu haqda Rusiyanın birinci kanalına müsahibəsində dövlət başçısı İlham Əliyev bildirdi. O, dedi ki, Rusiya mətbuatının bu hərəkətləri Azərbaycanda Rusiyaya qarşı heç də yaxşı olmayan hisslər formalaşdırır. Eyni zamanda dövlət başçımız açıq şəkildə ifadə etdi ki, bu gün Ermənistan Rusiyadan tam asılıdır. Onu qazı, işığı, silahı Rusiyadan gəlir. Rusiya istəsə Ermənistana təzyiq göstərə bilər.

Rusiyanın Qafqazda forpostunu dəstəkləməsi belə bu gün Ermənistanı xilas edə bilmir. Çünki Ermənistan daxilən çökmüş bir ölkədir. Əhalisi səfalət içindədir, iqtisadiyyatı çökmüşdür. Bu ölkəni artıq heç nə xilas edə bilməz, baxmayaraq ki, Putin Paşinyanı xilas etmək üçün rıçaqlarını işlətməkdə davam edir. Doğrudur, burada məqsəd heç də Paşinyan deyil, Rusiyanın maraqlarına tam xidmət edən Qarabağ klanının yenidən hakimiyyətə gətirilməsidir.

Bu münaqişədə Türkiyənin roluna gəldikdə isə onu deyə bilərik ki, Türkiyə Azərbaycanın qardaşı və müttəfiqidir. Türkiyə Azərbaycana siyasi, diplomatik dəstək verir. Eyni zamanda Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığını gizlətmir. Bu həm qardaşlığın, həm də maraqların uyğunluğunun nəticəsidir. Azərbaycan üçün Türkiyənin Cənubi Qafqaz regionunda mövcudluğu bir zərurətdir.

Proseslərin gedişi onu deməyə əsas verir ki, Azərbaycan bu müharibədən qalib çıxması ilə dünyanın geosiyasəti dəyişəcəkdir. Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin inkişafı, eyni zamanda digər dövlətlərin bizim ətrafımızda təmərküzləşməsi dünyaya yeni güc mərkəzi gətirir. Bu güc mərkəzi dünyada bir çox reallıqları dəyişəcəkdir. Artıq dünyada beş dövlətin inhisarı bitir və yeni güc mərkəzi olaraq səhnəyə Azərbaycanın daxil olduğu yeni qüvvə çıxacaqdır. Buraya eyni zamanda Azərbaycanın Pakistanla qurduğu güclü əlaqələr də daxildir.

http://ikisahil.com/paper/page21

 

Bəxtiyar Nəbiyev,

BDU-nun tarix fakültəsinin dekan müavini

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024