“Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda elmi konfransın materialları kitab şəklində çap olunub

04/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 17 dekabr 2021-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda keçirilmiş respublika elmi konfransının materialları kitab şəklində çap olunub.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov kitabda yer almış giriş sözündə Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin, görkəmli mütəfəkkirlərin tanıdılmasına Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğının əməli ifadəsi olduğunu qeyd edib. Bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Onun xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Kitabda BDU-nun professoru Şəkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, AMEA-nın Folklor  İnstitutunun dosenti İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əliyev, dosent Cavid Bağırzadə, pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova, AMEA-nın Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqalarının Nizami irsinə dair məruzələri verilib. Ümumiyyətlə, kitabda konfransın 4 bölməsi üzrə 104 müəllifin məruzəsi yer alıb.

Məruzələrdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti vurğulanıb.

Kitab BDU-nun Qazax filialı tərəfindən müxtəlif mövzularda keçirilmiş beynəlxalq və respublika elmi konfranslarının materiallarının çap edildiyi sayca üçüncü kitabdır.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026