Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru BDU-da  

05/03/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin (QMTTU) rektoru Meyram Beqentayev arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini genişləndirmək, birgə layihələr həyata keçirməyə dair fikir mübadiləsi aparılıb.

Rektor Elçin Babayev QMTTU ilə əməkdaşlığın hər iki ölkənin elmi gələcəyinə böyük töhfə verdiyini vurğulayıb, "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının uğurla icra olunduğunu bildirib. BDU rektoru daha çox nəticələrə nail olmaq üçün birgə elmi tədqiqatlar aparmağı, akademik mobilliyin artırılmasını, hər iki universitetin müştərək konfranslar, seminarlar təşkil etməsini, bilik və təcrübə mübadiləsini gücləndirməsini, ortaq elmi-tədqiqat laboratoriyası, müasir texniki ixtisaslar üzrə birgə yeni ikili diplom proqramlarının yaradılmasını təklif edib.

QMTTU rektoru Meyram Beqentayev BDU ilə əməkdaşlığın təhsil sahəsində innovativ layihələrin reallaşmasına, elmi mühitin daha da zənginləşməsinə yol açacağını bildirib, BDU rektorunun təkliflərinin hamısını qəbul etdiyini deyib.

Görüşün sonunda BDU və Qazax Milli Tədqiqat Texniki Universitetinin "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramını uğurla başa vuran Zülfiyə Hüseynliyə hər iki ali məktəbin diplomları təqdim olunub.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026