Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

21/05/2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2018-ci il tarixində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq­qında sərəncam imzalayıb. Bununla əlaqədar ölkəmizdə keçirilən yubiley tədbirlərinin davamı olaraq Qazaxda beynəlxalq elmi konfrans baş tutub.

Tədbir Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı və iştirakı ilə keçirilib. “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən konfransın işində respublikanın müxtəlif elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək  qonaqları salamlayıb, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsi və fəaliyyətə başlamasından, bu təhsil ocağının ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, ixtisaslı müəllim kadrlarının yetişməsində oynadığı misilsiz xidmətlərdən danışıb.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Qazax Müəllimlər Seminariyasının Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məm­məd­qu­lu­zadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi olduğunu qeyd edib.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək 1918-ci ildə görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan bu təhsil məbədinin Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri verməsindən söz açıb.

Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov Azərbaycanda təhsilin və elmin müasir problemləri və inkişafı məsələlərindən bəhs edib.

Sonra konfrans BDU-nun Qazax filialında plenar iclaslarla öz işini davam etdirib. 8 bölmədə keçirilən plenar iclaslarda filialın və digər ali məktəblərin professorlardan - Ərdoğan Altınkaynak, Hüseyn Xəlilov, Mahmud Kamaloğlu, Cəlal Qasımov, Şahamettin Kuzucular müxtəlif mövzularda 67 məruzə ilə çıxış ediblər.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri



Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024