BDU ilə Qazaxıstanın Kunaev Universiteti arasında anlaşma memorandumu imzalanıb

22/01/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Kunaev Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və Qazaxıstanın Kunaev Universitetinin rektoru Jazira Ömürəli imzalayıblar.

BDU-nun regionun lider ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan rektor Elçin Babayev Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris və tədqiqat sahəsində son illərdə əldə etdiyi uğurları barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, BDU ilə qardaş Qazaxıstanın ali məktəbləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. BDU Qazaxıstanın 3 universiteti ilə ikili diplom proqramı həyata keçirir. Rektor imzalanan memorandumun hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Qazaxıstanın Kunaev Universitetinin rektoru Jazira Ömürəli də BDU ilə birgə layihələrin həyata keçirilməsi üçün imkanların böyük olduğunu deyib, xüsusilə hüquq, beynəlxalq münasibətlər, kibertəhlükəsizlik kimi sahələr üzrə əməkdaşlığa xüsus maraq göstərdiklərini vurğulayıb.

Memorandum çərçivəsində hər iki universitetdə tədris və təlim prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tədbirlərin təşkili, ortaq elmi tədqiqatların həyata keçirilməsi, akademik, elmi və mədəni mobilliyin inkişafı, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi də memorandumda əks olunub.

 

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025