Qazaxıstan Milli Universitetinin rektoru BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib

01/12/2017

2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100 illiyi qeyd ediləcək. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru  Ğalımkayır Mutanov bu münasibətilə Altın Körpü Xəbər Agentliyinə verdiyi müsahibəsində BDU rektoru,  akademik Abel Məhərrəmovu və bu ali təhsil ocağının çoxminli kollektivini təbrik edib: “Dostum və həmkarım Abel Məhərrəmovu bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, Bakı Dövlət Universitetinin kollektivinə uğurlar diləyirəm”. Golden Bridge News informasiya agentliyinin yaydığı materiala əsasən rektor  Ğalımkayır Mutanov Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin BDU ilə əməkdaşlıq əlaqələrini də yüksək dəyərləndirib: “BDU bizim strateji tərəfdaşımızdır. Universitetdə olduğumuz zaman Əl-Fərabi adına Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzaladıq. Bu əlaqələr tariximizdə ilk addım deyildi. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin kökü uzun illərə gedib çıxır. Türk dünyasının elm ocaqları arasında BDU-nun əhəmiyyətli və mühüm yeri vardır. Arzulayıram ki, universitet daim xalqına, dövlətinə yüksək səviyyəli xidmətlər göstərsin”.

Onu da qeyd edək ki, Avrasiya Universitetlər Assosiasiyasının üzvü olan Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində də BDU-nun 100 illik yubileyinin qeyd olunması gözlənilir.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026