Qazaxıstan Respublikasının Astana şəhərində keçirilmiş “Qazaxıstanın Ali təhsil Məktəbləri dünya akademik reytinqlərin kontekstində” Beynəlxalq Forum

01/06/2010

26-29 may 2010-cu il tarixində Astana şəhərində (Qazaxıstan Respublikası) keçirilmiş “Qazaxıstanın Ali Təhsil Məktəbləri dünya akademik reytinqlərin kontekstində” adlı Beynəlxalq forumda Bakı Dövlət Universitetinin əməkdaşları G.H.Rəhimova və İ.N.Əliyeva iştirak etmişdirlər. Forum Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi və Milli Akkreditasiya Mərkəzi tərəfindən təşkil olunmuşdur. Forumda dünya reytinq agentliklərinin (QS Quacquarelli Symonds Limited, Avroasiya reytinq agentliyi və s.), informasiya agentliklərinin (Thomson Reuters, İngiltərə) nümayəndələri, ELSIEVER Nəşriyyat evinin (Hollandiya), həmçinin yaxın və uzaq xaricdən müxtəlif universitetlərin nümayəndələri iştirak etmişdir.

Forum çərçəvəsində QS Quacqerelli Symonds Limited agentliyinin regional marketinq direktoru Zoya Zayseva (Böyük Britaniya), Mərkəzi və Şərqi Avropa üzrə regional direktor Devid Xorki (Thomson Reuters, Böyük Britaniya), Türkiyə, Orta Asiya və Yaxın Şərq üzrə regional nümayəndə Tayfun Basal (ELSIEVER, Hollandiya), “Perspektivlər” fondunun prezidenti Valdemar Sivinski (Polşa) və başqaları ilə görüşlər keçirilmişdir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026