Qazaxıstan səfirliyinin nümayəndələri Filologiya fakültəsinin qonağı olublar

06/03/2018

Qazaxıstan RespublikasınınBakıdakı səfirliyinin nümayəndələri - müşavir Darxan Kuşerbayev və ikinci katib Tlek Kapışov Filologiya fakültəsinin qonaqları olublar. Fakültənin professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə səfirlik nümayəndələri Qazaxıstan Respublikasının Latın əlifbasına keçməsi və Azərbaycan dilçilərinin bu proseslərə töhfəsi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ildə Qazaxıstan Respublikasının kiril əlifbasından latın əlifbasına keçməsi haqqında fərman imzalayıb və bu fərmana əsasən ölkənin 2025-ci ilə qədər tamamilə latın əlifbasına keçməsi nəzərdə tutulur. Səfirliyin müşaviri Darxan Kuşerbayev latın əlifbasına keçid məsələlərində qardaş Azərbaycanın uzun illik təcrübəsinin Qazaxıstan üçün çox faydalı olduğunu xüsusilə qeyd edib.

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatima Dursunova “Türk dövlətlərinin latın əlifbasına keçid təcrübəsi" mövzusunda prezentasiya təqdim edib.

Səfirliyin ikinci katibi Tlək Kapışov Qazaxıstanda mart ayının birində qeyd olunan Təşəkkür Günü və Od çərşənbəsi münasibətilə tədbir iştirakçılarını təbrik edib və Təşəkkür Günü haqqında məlumat verib. T.Kapişov qeyd edib ki, Təşəkkür Günü Qazaxıstanda yaşayan bütün etnik qrupların bir-birilə və qazax xalqı ilə sülh içində yaşamasını qeyd etmək üçün 2016-cı ildə respublika prezidentinin fərmanı ilə yaradılıb.

Görüşün sonunda Filologiya fakültəsinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

 

Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2018-ci il


Xəbərlər

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb
21/04/2026

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
21/04/2026

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir
21/04/2026