Qazaxıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

27/12/2023

Qazaxıstan-Britaniya Texniki Universitetinin alimləri – filologiya elmləri doktoru, professor Janat Turarbekkızı Dauletbekova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rai Kairat Magauuly Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olublar. Türkologiya kafedrasında baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşar, kafedranın professor-müəllim heyəti, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.

BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, qazax dili və ədəbiyyatının tədrisinin mövcud vəziyyəti haqqında danışıb.

Sonra qazaxıstanlı alimlər öz elmi işləri, Qazaxıstan-Britaniya Texniki Universitetinin fəaliyyəti barədə məlumat veriblər. Qazaxıstan-Azərbaycan elmi-mədəni əlaqələrindən söz açan qonaqlar bildiriblər ki, bu əlaqələr gün keçdikcə daha da möhkəmlənəcək, qarşılıqlı təcrübə mübadiləsi davam etdiriləcək.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026