Qazaxıstanlı alimlər filologiya və tarix fakültəsində mühazirə oxuyublar

25/12/2015

Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans çərçivəsində Qazaxıstan Respublikasının tanınmış alimləri BDU-nun tarix və filologiya fakültələrində tələbələrə mühazirələr oxuyublar. Tanınmış abayşünas, akademik Qarifulla Yesim və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası nəzdindəki M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Şakir İbrayev filologiya fakültəsinin tələbələri qarşısında Abay Kunanbayevin yaradıcılığı və Qazax ədəbiyyatşünaslığının aktual problemləri mövzusunda məruzə ilə çıxış ediblər.
Tarixçilər akademik Bulat Kumekov və tarix elmləri doktoru və professor Bərəkət Karibayev Qazax xanlığının yaranması tarixi mövzusunda Tarix fakültəsinin tələbələrinə mühazirə oxuyublar.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2015-ci il.

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026