Qazaxıstanlı magistrlardan təşəkkür məktubu

29/11/2018

L.H.Qumilyov adına Avrasiya Milli Universitetinin Jurnalistika fakültəsinin magistrları Bakı Dövlət Univeristeti Jurnalistika fakültəsində elmi-tədqiqat təcrübəsində olublar. Təcrübə Bakı Dövlət Univeristeti və L.H.Qumilyov adına Avrasiya Milli Universiteti arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Qazaxıstanlı magistrlar universitet rəhbərliyinə, fakültə dekanlığına və kollektivə ünvanladıqları məktubda 2 həftəlik təcrübənin səmərəli olduğunu qeyd ediblər. Bildiriblər ki, Azərbaycan KİV sisteminin tarixi, bu günü və inkişaf prosesləri ilə tanışlıq, fakültənin Tədris teleradio studiyasında keçdikləri təcrübə, professor Şirməmməd Hüseynov, Cahangir Məmmədli, Həmid Vəliyev, Sabir Məmmədli və digər müəllimlərin mühazirələri onlar üçün çox faydalı olub. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin fəaliyyətindən duyduqları məmnunluq hissini bölüşən magistrlar  universitetdə türk xalqlarının, o cümlədən Qazaxıstan ədəbiyyatı və  mədəniyyətinin yüksək səviyyədə tədrisindən də bəhs edərək minnətdarlıqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2018-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026