“QS Quacquarelli Symonds” BDU-da ali təhsil müəssisələrinin əməkdaşları üçün təlim təşkil edib

29/10/2024

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyi Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi ilə Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşları üçün təlim təşkil edib.

Təlimdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları iştirak ediblər.

Təlimdə beynəlxalq reytinq təşkilatının nümayəndəsi Juan Carlos Mejia Cuartas “QS Stars” reytinq qiymətləndirilməsi, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazası olan “QS Analytics” platforması haqqında ətraflı məlumat verib. Təlimin sonunda ali təhsil müəssisələrinin əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bundan öncə BDU ilə QS arasında “QS Stars” reytinq qiymətləndirilməsi, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.


Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026