“İqtisadi - sosial inkişafda gənclərin rolu” layihəsi keçirilib

16/02/2018

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İqtisadi - sosial inkişafda gənclərin rolu” adlı layihənin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan sözügedən layihənin əsas məqsədi gənclərin iqtisadiyyat, iqtisadi-sosial inkişaflarının marifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətin təşkilində stimullaşdırıcı funksiya icra etmək və gənclərin mövcud iqtisadi problemlərə daha yaxından bələd olub bu istiqamətlərdə müstəqil tədqiqatların aparılmasına yardımçı olmaqdır. Layihə rəhbəri İsmayıl Kərimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha sonra müvafiq mövzuda təlimlər keçirilib və tələbələrin sualları cavablandırılıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 16 fevral 2018-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026